Doqquz ayda ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 28 faiz artaraq 15 milyard 535 milyon manat təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, ödəniş kartları ilə ölkə daxilində aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 59 faiz artaraq 3,3 milyard manat (21 faiz) olub.