Elektron monitorinq sistemi çevik və səmərəli dövlət idarəetməsinin təmin olunmasına kömək edəcək

2019.10.25 15:07 (UTC+04:00)

Oktyabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "BP Azerbaijan" şirkəti ilə birgə hazırladığı yeni "monitorinq.az" portalının təqdimatı keçirilib. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda elektron hökumət və elektron məhkəmə ilə yanaşı, həm də elektron monitorinq sisteminin yaradılmasının çevik və səmərəli dövlət idarəetməsini təmin edəcəyini deyib. O, islahat proseslərinin rəqəmsal platformalar vasitəsilə aparılmasının dövlətimizin başçısının ölkədə islahatların davamlı və ən qabaqcıl beynəlxalq təcrübələr və yanaşmaların tətbiqi barədə tapşırıqlarının nəticəsi olduğunu qeyd edib: "Monitorinq.az" portalı dövlət strategiyalarının, proqramların, tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində böyük verilənlər (big data) bazası yaratmağa imkan yaradır".