Dövlət Gömrük Komitəsi cari ilin sentyabr ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi haqda məlumat yayıb. Məlumata əsasən, sentyabrda Azərbaycanın ümumi ticarət dövriyyəsi 2 milyard 342 milyon 467 min ABŞ dolları təşkil edib.
Komitədən verilən məlumata görə, ticarət əməliyyatlarının ümumi həcminin 996 milyon 80 min dolları idxalın, 1 milyard 346 milyon 388 min dolları isə ixracın payına düşür.