Sentyabr ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixrac və idxal edilən məhsulların dəyəri açıqlanıb

2019.10.24 18:30 (UTC+04:00)

Dövlət Gömrük Komitəsi sentyabr ayında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə göndərilən və bu ölkələrdən idxal olunan məhsullar haqda məlumat yayıb. Məlumata əsasən, hesabat dövründə Azərbaycandan qeyd olunan ölkələrə 596 milyon 410 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Həmin dövrdə Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 169 milyon 660 min dollar təşkil edib.