Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmək imkanları genişləndirilir

2019.10.24 16:12 (UTC+04:00)

Azərbaycanda 2021-ci ilə qədər 7.000-dən artıq ailə güzəştli şərtlərlə mənzil sahibi olacaq. Bu haqda məlumat Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.

Bildirilir ki, 2016-2018-ci illər ərzində vətəndaşların uyğun qiymətə mənzillə təmin edilməsi məqsədilə Yeni Yasamal, Hövsan və Sumqayıt layihələrinin icrasına başlanılıb və 2021-ci ilə qədər 7.000-dən artıq ailənin güzəştli şərtlərlə mənzil sahibi olacağı nəzərdə tutulur.