Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişafına böyük dəstək verir

2019.10.24 14:21 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan Energetika Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində ölkədə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsini dəstəkləyəcək. "APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

Onun sözlərinə görə, hazırda AYİB həm nazirlik, həm də hökumətlə fəaliyyət planını tərtib edir ki, bunun vasitəsilə bərpa olunan enerji layihələrinin dəstəkləmək mümkün olacaq: "Bütün müzakirə etdiyimiz məsələlərə, o cümlədən bazar, texniki həllər və s. ahəng nöqteyi-nəzərdən baxılmalıdır. Əlbəttə, biz nazirlik və digər tərəfdaşlarla əməkdaşlıq edərək bir çox məsələni eyni zamanda həll etməliyik, bazarın tənzimləmə məsələsini həmçinin".