Doqquz ayda toxuculuq sənayesində istehsal 40 faizədək artıb

2019.10.24 12:46 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 297,8 milyon manat dəyərində məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə toxuculuq sənayesində 39,2 faiz, geyim istehsalında 10,6 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 25,2 faiz azalma müşahidə olunub.