Trans-Adriatik qaz boru kəmərinin qazla doldurulmasına başlanılır

2019.10.24 12:33 (UTC+04:00)

Yaxın aylarda Trans-Adriatik qaz boru kəmərinə (TAP) qazın doldurulmasına start veriləcək. "APA-Economics"in məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Resurslar Nazirliyinin Beynəlxalq məsələlər üzrə idarəsinin baş direktoru Safa Uslu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Cənubi Qaz Dəhlizinin mərkəzi elementi olan Trans-Anadolu qaz kəməri (TANAP) ilə Azərbaycandan Türkiyəyə qazın nəqli aparılır: "Gələn il TAP qaz kəmərinin istifadəyə verilməsi ilə TANAP-la nəql edilən qazın həcmi artacaq".