Azərbaycan "Doing Business 2020" reytinqində "biznesə başlama" indikatoru üzrə 9-cu yerdə qərarlaşıb

2019.10.24 10:38 (UTC+04:00)

Dünya Bankı "Doing Business 2020" reytinqini açıqlayıb. Azərbaycan sözügedən siyahıda 190 ölkə arasında 76,7 balla 34-cü yerdə qərarlaşıb. "APA-Economics"in sözügedən reytinqə istinadən verdiyi məlumata görə, bununla yanaşı Azərbaycan reytinqdə "kreditlərin alınması" indikatoru üzrə birinci pillədə, "müqavilələrin icrası" indikatoru üzrə 28-ci yerdə, "tikintiyə icazənin alınması" indikatoru üzrə 59-cu yerdə, "beynəlxalq ticarət" indikatoru üzrə 83-cü yerdə, "biznesə başlama" indikatoru üzrə 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, "Doing Business-2020" reytinqinin birinci pilləsinə Yeni Zelandiya layiq görülüb.