ECB neftin qiymətinin azalmasının və maliyyə təşviqlərinin riskləri artırdığını bildirib

2019.01.15 13:32 (UTC+04:00)

Avro zonasının pul siyasətini müəyyənləşdirən qurumlar iqtisadi artımın davam etməsinə, bazardakı sabitliyə və qazanclarla bağlı gözləntilərə dair mənfi proqnozlar və ticarət gərginlikləri kimi amillər barədə xəbərdarlıq edib.

Avropa Mərkəzi Bankının (ECB) dekabr ayındakı yığıncağında iqtisadi risklərin zərər yönünə düşdüyü bildirilib. İtaliya hökuməti Avropa İttifaqı tərəfindən tətbiq oluna biləcək sanksiyalarla bağlı risk qarşısındadır, Fransa isə minimum əməkhaqqını artırmaq və vergi güzəştləri tətbiq etmək üçün hazırlıq görür. ECB ümumi hökumət xərcləri kəsirlərinin 2021-ci ilə qədər artacağını proqnozlaşdırdığını bildirib.