Azərbaycan minik avtomobillərinin istehsalını üç dəfə artırmaq potensialına malikdir

2019.10.23 18:03 (UTC+04:00)

Azərbaycanda 2023-cü ildə 6.000 ədəd minik avtomobilinin istehsal olunacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 3 dəfə çoxdur. "APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə Azərbaycanda 2 000 ədəd minik avtomobilin istehsalı gözlənilir və ilbəil 1.000 ədəd artacağı və 2023-cü ildə 6 000-ə çatacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 969 ədəd minik avtomobili istehsal edilib.

Azərbaycanda maşın və avadanlıqların istehsalı üzrə proqnoz göstəricilər:

Maşınqayırma sənayesi (növ üzrə)

2018-ci il

2019-cu il

2020-ci il

2021-ci il

2022-ci il

2023-cü il

Odsöndürənlər

11.896

13.086

13.436

14.636

16.936

17.336

Traktorlar

1.303

1.050

830

930

980

1.030

Yük avtomobilləri

68

70

620

760

840

680

Qoşqular və yarımqoşqular

761

760

770

780

790

800

Minik avtomobilləri

969

2.000

3.000

4.000

5.000

6.000