İdxal karantin icazəsinin ləğvi gözlənilir

2019.10.23 16:33 (UTC+04:00)

Azərbaycanda idxal karantin icazəsi ləğv edilə bilər. Fitosanitar Nəzarəti haqqında qanunvericilik yenidən işlənilir. Bu barədə jurnalistlərə dövlət fitosanitar müfəttişi Xəyala Dadaşova deyib.

O qeyd edib ki, beynəlxalq təcrübədə idxal karantin icazəsi bir sıra dövlətlərdə ləğv olunub. Gələcəkdə karantin icazəsinin ləğv edilməsi ilə bütün yüklərin rahat daxil edilməsinə imkan yaradılacaq. Hazırda karantin icazəsinin ləğvi ilə bağlı hazırlanmış sənədi sahibkarlar nəzərdən keçirir. Növbəti mərhələdə sənəd Milli Məclisə göndəriləcək.