Doqquz ayda ölkəyə idxal olunan avtomobillərin sayı artıb

2019.10.23 16:11 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 30 min 908 olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 371-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 27 min 825-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 2597-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 115-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.