ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" verilişinin növbəti buraxılışında həftənin iqtisadi mənzərəsi, ölkəyə ixrac edilən avtomobillərə tətbiq olunan yeni aksiz vergisinin qiymətlərə təsiri, bank kreditlərinin verilməsində Bakı ilə regionların xüsusi çəkisində fərqi yaradan amillər, mebel istehsalı və ixrac, xidməti müqavilə ilə işləyənlərin vergi öhdəlikləri, vergi bəyannamələrinin və onların əlavələrinin yenilənməsi, Vergilər Nazirliyinə müsahibə yolu ilə işə qəbul kampaniyası barədə süjetlər yer alıb.
Verilişin qonağı – dövlət baş baytarlıq müfəttişi Qalib Əbüləliyevlə müsahibənin mövzusu isə qanunsuz ət kəsiminin qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunub.