ARDNF-nin aktivləri 42,5 milyard dollara yaxınlaşıb

2019.10.23 14:51 (UTC+04:00)

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 42,5 milyard ABŞ dollarına yaxınlaşıb. Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") üzvləri ilə görüşdə məlumat verib: "ARDNF çox konservativ investisiya siyasəti həyata keçirir. Buna baxmayaraq, 2012-ci ildən başlayaraq Fond müxtəlif yeni aktiv növlərini tətbiq etməyə başlayıb, səhmlərin artırılması, daşınmaz əmlak və qızıla investisiyalar həyata keçirilib. Biz gələcəkdə riskli aktivlərin daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik".