Doqquz ayda dəmir yolu ilə 2,26 milyard dollar dəyərində yük daşınıb

2019.10.23 14:11 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 261 min 318 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 260 milyon 882 min ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 9 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 669 min 809 ton yükün dəyəri 520 milyon 592 min dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 591 min 508 ton, dəyəri isə 1 milyard 740 milyon 290 min dollar olub.