ABŞ-ın aparıcı banklarının əməkdaşları qeyri-qanuni yolla gəlir əldə etməkdə ittiham olunurlar

2019.10.23 13:39 (UTC+04:00)

ABŞ-ın aparıcı investisiya banklarında ("Goldman Sachs", "Moelis", "Centerview Partners") çalışan 6 bankir qeyri-qanuni yolla gəlir əldə etməkdə ittiham olunur. "Financial Times" nəşri bu haqda məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şəxslər 2013-cü ildən bəri şirkətlərin daxili məlumatlarını ələ keçirməklə ticarət əməliyyatları aparıblar. Məlumat verilir ki, artıq həmin bankirlərdən 3-ü həbs olunub.