Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bölgədə turizmi inkişaf etdirəcək

2019.10.23 11:08 (UTC+04:00)

"Bakı-Tbilisi-Qars dəmir yolunda ilk üç ildə illik olaraq 3 milyon tonluq yükün daşınacağı gözlənilir". Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turan jurnalistlərə bildirib. Onun sözlərinə görə, dəmir yolu layihəsi tam yekunlaşdırılandan sonra bu dəhliz vasitəsilə ildə 17 mln. ton yük daşımaq mümkün olacaq.

Nazir deyib ki, BTQ yalnız yük daşımaları üçün deyil, sərnişin daşımaları üçün də istifadə olunacaq: "Bu layihə bölgədə turizmi inkişaf etdirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu boyu yerləşən ölkələr və bölgə layihədən mənfəət əldə edəcək".