Azərbaycan davamlı olaraq qaz istehsalını artırmağı proqnozlaşdırır

2019.10.23 10:40 (UTC+04:00)

Azərbaycanda 2023-cü ildə 47.436,4 mlrd. kubmetr qaz hasil ediləcəyi gözlənilir ki, bu da 2019-cu il üçün verilən proqnozla müqayisədə 35 faiz çoxdur. "APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə 35.183 mln. kubmetr qaz hasil ediləcək. Sənədə əsasən, 2020-ci ildə ölkədə 37.820,3 mln. kubmetr, 2021-ci ildə - 42.833 mln. kubmetr, 2022-ci ildə isə 45.579,6 mln. kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ötən il Azərbaycanda 30.134,8 mln. kubmetr qaz istehsal edilib. Bundan əlavə sənəddə ölkədə əmtəəlik qazın hasilatının ilbəil artacağı da proqnozlaşdırılır. Belə ki, 2019-cu ildə bu göstərici 24.352,4 mln. kubmetr, 2020-ci ildə – 26 995 mln. kubmetr, 2021-ci ildə – 31.849 mln kubmetr, 2022-ci ildə – 34 932 mln. kubmetr, 2023-cü ildə isə 37.178,9 mln. kubmetr olacağı proqnozlaşdırılır.