Azərbaycanda 9 ayda ictimai iaşə dövriyyəsi 1 milyard manatı ötüb

2019.10.22 15:14 (UTC+04:00)

Yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,4 faiz artaraq 1 milyard 100,1 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,8 faizi hüquqi şəxslərin, 58,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə keçən ilin eyni dövrünə görə 5,4 faiz artaraq 455,5 milyon manat təşkil edib.