Bu ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 273,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin vəsaitin 2 milyard 966,5 milyon manatı heyvandarlıq, 3 milyard 307,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
Həmçinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1 faiz, bitkiçilik məhsulları üzrə isə 11 faiz artıb.