Oktyabrın 24-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-dən bildirilib ki, emissiyanın həcmi 20 milyon AZN, nominal qiyməti 1.000 АZN, hərrac qiyməti 1007.8333 AZN, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gün, tədavül müddəti 23 ildir. "BTB-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının "Üzvlər" bölməsində yerləşdirilib.