Doqquz ayda 90 sahibkarlıq subyektinə 7,2 milyon manat ixrac təşviqi ödənilib

2019.10.22 10:25 (UTC+04:00)

İxracın dəstəklənməsi məqsədilə bu ilin 9 ayında 8 beynəlxalq sərgidə sahibkarların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub. Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev kollegiya iclasında məlumat verib.

Nazir qeyd edib ki, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 milyon ABŞ dolları dəyərində məhsul ixracına görə 7,2 milyon manat ixrac təşviqi ödənilib.