Növbəti beş il ərzində alternativ enerji istehsalı 50 faiz artacaq

2019.10.22 09:56 (UTC+04:00)

2024-cü ilə qədər dünyada bərpa olunan (alternativ) mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artaraq 3.721 giqavat-a çatacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Bərpa olunan enerji 2019" məruzəsində bildirilir.

Xatırladaq ki, ötən il dünyada alternativ enerjinin quraşdırılmış gücü 2.501 giqavat olub. Bunun 1.290 giqavat-ı su elektrik stansiyalarının, 565 giqavat-ı külək elektrik stansiyalarında, 496 giqavat-ı isə günəş elektrik stansiyalarında formalaşıb. 2024-cü ildə günəş enerjisi üzrə istehsal gücünün 1.195 giqavat-a, külək enerjisi üzrə istehsal gücünün isə1.411 giqavat-a çatacağı gözlənilir. Proqnoza görə 5 ildən sonra ən çox alternativ enerji Çində (1.219 giqavat), ABŞ-da (411 giqavat) və Hindistanda (235 giqavat) istehsal ediləcək.