BƏƏ Pakistana vergi yığmaqda kömək edəcək

2019.10.19 13:45 (UTC+04:00)

Pakistanın Gəlirlər üzrə Federal Komissiyasının sədri Şabar Zaidi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Pakistan vətəndaşlarının sahib olduqları daşınmaz əmlak barədə informasiyaları bundan sonra İslamabada göndərəcək. BƏƏ rəsmiləri ilə görüşünün uğurla keçdiyini bildirən Şabar Zaidinin sözlərinə görə, artıq Pakistan dövlətinin BƏƏ-də işləmək icazəsi olan vətəndaşların əmlakı barədə informasiya almaq hüququ var.

Qeyd edilib ki, Pakistan dövlətinin Gəlirlər üzrə Federal Komissiyası pakistanlıların öz əmlaklarını qeydiyyata aldırmamalarına və maddi vəsaitlərini ölkədən kənara çıxarmalarına qarşı mübarizə aparır və Pakistanla geniş iqtisadi əlaqələri Pakistanın varlı və nüfuzlu vətəndaşları olan BƏƏ-də çoxlu əmlaka sahibdirlər.