Gələn il ümumi daxili məhsulun real iqtisadi artımı 3 faiz proqnozlaşdırılır

2019.10.19 14:38 (UTC+04:00)

2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrə əsasən, gələn il Azərbaycanda ümumi daxili məhsulun real iqtisadi artımı 3 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ildə qaz emalının kəskin artması nəticəsində neft sektorunun artımında əhəmiyyətli sıçrayış proqnozlaşdırılmaqdadır. Bütövlükdə, proqnozlara əsasən, 2023-cü ilədək ölkə ÜDM-i 97,7 milyard manata çatacaq. Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. Ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.