Gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27.533,1 milyon manat, xərcləri isə 29.488,3 milyon manat məbləğində proqnozlaşdırılır.
Sənədlərə əsasən, icmal büdcənin kəsiri 1.955,1 milyon manat təşkil etməlidir ki, bu da gələn il ölkədə gözlənilən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 2,3 faizi qədərdir.