Gələn il Azərbaycanın dövlət büdcəsi 27 milyard manata yaxın olacaq

2019.10.18 17:19 (UTC+04:00)

Gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24.134,5 milyon manat məbləğində proqnozlaşdırılır. Qeyd edək ki, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2 faiz çoxdur. Gələn il büdcə xərcləri isə 26.913,7 milyon manat məbləğində nəzərdə tutulub. Bu da cari ilin proqnozuna nisbətən 6,8 faiz çoxdur.

Beləliklə, büdcə kəsiri 2.779,2 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 37,4 faiz azdır.