Sentyabrda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 38 min 648 zəng daxil olub

2019.10.18 17:05 (UTC+04:00)

Bu ilin sentyabrında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 38 min 648 zəng, o cümlədən canlı rejimdə təmsilçi ilə əlaqə yaratmaq üçün 28 min 469 zəng daxil olub, onlardan 23 min 129-u canlı rejimdə təmsilçi tərəfindən cavablandırılıb. Nəticədə orta hesabla 1 iş günü ərzində təmsilçi ilə əlaqə yaratmaq üçün daxil olmuş zənglərin sayı 1.356, cavablandırılan zənglərin sayı isə 1101 olub.

Ay ərzində 26 min 127 sual xarakterli müraciət cavablandırılıb, 1533 müraciət vərəqəsi tərtib edilib. Cavablandırılmış sual xarakterli müraciətlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,27 faiz çox olub. Mütəmadi keçirilmiş sorğuya əsasən ilk əlaqədən müraciətlərin cavablandırma səviyyəsi 88,17 faiz, xidmətdən razıqalma səviyyəsi 98,63 faiz, qiymətləndirmə nəticələrinə əsasən isə xidmətin keyfiyyəti isə 86,02 faiz təşkil edib.

Ay ərzində vergi növləri barədə məlumat əldə etmək üçün 2.157, vergi borcu barədə məlumat əldə etmək üçün 3.349, zəng sifariş etmək üçün 659 dəfə səsli menyudan istifadə edilib.

Vergi ödəyicilərinə ay ərzində 272 min 889 SMS göndərilib.