Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2.780,7 kq qızıl istehsal edilib. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 186,9 kq hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, bu ilin 9 ayı ərzində Azərbaycanda 2.870,1 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 22,4 faiz çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 71,4 kq hazır məhsul ehtiyatı yaranıb.