Ən çox məhsul idxal olunan ölkələrin adları açıqlanıb

2019.10.18 16:20 (UTC+04:00)

Azərbaycan cari ilin yanvar-sentyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 9 ayda ölkəyə ən çox Rusiya ilə yanaşı, İsveçrə və Türkiyədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 605 milyon 411 min ABŞ dolları, İsveçrədən 1 milyard 201 milyon 315 min dollar, Türkiyədən isə 1 milyard 150 milyon 108 min dollar olub.