Vergilər naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

2019.10.18 15:08 (UTC+04:00)

Tanışlıq məqsədi daşıyan görüşdə qonağa ölkəmizdə aparılan makroiqtisadi islahatlar, həmçinin vergitutma ilə bağlı qanunvericilik və inzibatçılıq sahəsində mövcud olan yeniliklər barədə məlumat verilib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud durumu və gələcək perspektivləri, həmçinin müxtəlif sferalarda strateji əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.