Bu il hər bir ölkə sakini 664,2 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib

2019.10.18 15:13 (UTC+04:00)

Yanvar-sentyabr aylarında ölkə əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 faiz artaraq 6 milyard 570,8 milyon manat olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 824 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Doqquz ayda hər bir ölkə sakini orta hesabla 664,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 23,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.