Latviyada yeganə əmlakın satışından vergi tutmamaq təklif edilib

2019.10.18 13:45 (UTC+04:00)

Latviyanın Ədliyyə Nazirliyi məbləği 100 min avroya qədər olan vahid əmlakın alğı-satqısından gəlir vergisinin tutulmamasını təklif edib. Hazırda bu təklifə iki şərt nəzərə alınmaqla baxılır: əmlakın dəyəri 100 min avrodan artıq olmasın; əmlakın sahibinin bəyannaməsində son bir il ərzində həmin ünvan yaşayış yeri kimi göstərilsin. Bu məsələ ilə bağlı hakim partiya nümayəndələri arasında fikir birliyi yoxdur. Əsas səbəb isə daşınmaz əmlakdan tutulan verginin məbləğinin əhəmiyyətli şəkildə olması və Latviyadakı özünüidarə büdcələrinin 14 faizini təşkil etməsidir.

Qeyd edək ki, bu təşəbbüs hələ 2016-cı ildə qaldırılmış, lakin Latviya Seyminin deputatları məsələyə baxmaqdan imtina etmişdilər.