Yanvar-sentyabr aylarında 6.273,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib

2019.10.18 11:53 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6.273,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsi məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz çoxdur.

Son 1 ildə ölkədə istehsal olunan bitkiçilik məhsullarının dəyəri 11 faiz artaraq 3.307,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,1 faiz artaraq 2.966,5 milyon manata çatıb.