Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 575,4 mln. manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. "APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 78,1 faiz artım, metallurgiya sənayesində 14,6 faiz azalma müşahidə olunub. Dövr ərzində sahə üzrə 17.648,2 ton (3 dəfə çox) qara metallardan sair konstruksiyalar istehsal edilib.