Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 42.202,7 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,8 faiz artaraq 4.266,2 manata çatıb.