9 ayın göstəricilərinə əsasən dövlət büdcəsində 181 milyon manat qalıq yaranıb

2019.10.18 10:43 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16.871,2 milyon manat, xərcləri isə 16.690,6 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,7 faiz və 6,5 faiz çoxdur.

Son nəticədə büdcədə 180,6 milyon manatlıq qalıq yaranıb.