Avropa İttifaqı və Böyük Britaniya "Brexit" üzrə yeni sazişə nail olublar

2019.10.17 18:52 (UTC+04:00)

Avropa İttifaqı və Böyük Britaniya iki sutkadır fasiləsiz davam edən danışıqlar nəticəsində "Brexit" şərtləri üzrə yeni sazişə nail ola bilib. Bu barədə Böyük Britaniya hökumətinin rəhbəri Boris Conson özünün "Twitter" səhifəsində yazıb: "Nail olunan yeni və gözəl saziş sayəsində daha çox azadlıq əldə edəcəyik. Bundan sonra parlament bizə "Brexit" prosesini həyata keçirməyə imkan verməlidir".

Şimali İrlandiya və siyasi deklorasiya barədə Brexit sazişinə əlavələr oktyabrın 19-da Britaniya parlamentinin müzakirəsinə çıxarılacaq. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bir neçə saatdan sonra Brüsseldə sammitə toplaşacaq Avropa İttifaqı ölkələrinin liderlərini sazişi təsdiqləməyə çağırıb.