Bunun əsas səbəbləri kimi iqtisadi artım, məşğulluq göstəricisinin yüksək olması, eləcə də vergi daxilolmalarının artması və xərclərin əvvəlcədən nəzərdə tutulduğu ilə müqayisədə aşağı olması göstərilir. Keçən il Almaniyada dövlət xərclərinin həcmi 337,1 milyard avro olub ki, bu da planlaşdırılmış məbləğdən 6,5 milyard avro azdır. Vergi daxilolmaları isə proqnoz göstəricisindən 1,1 milyard avro artıq olmaqla 322,4 milyard avro təşkil edib.
Qənaət edilmiş vəsaitlərin bir hissəsinin nəqliyyat infrastrukturuna və müdafiə xərclərinə yönəldilməsi planlaşdırılır. Bundan əlavə, günü uzadılmış məktəblərin maliyyələşdirilməsi üçün də əlavə vəsait tələb olunur.