Bu ay Azərbaycanda 9 xarici startap qeydiyyatdan keçib

2019.10.17 12:40 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə yeni texnologiyaların tətbiqi, startapların cəlbi, Azərbaycanda startaplar üçün tətbiq olunan güzəştlər haqda fikir mübadiləsi aparılıb.

"Bu ay 3 İsrail, 3 Ukrayna və 3 Rusiya startapı Azərbaycanda qeydiyyatdan keçib" - deyən Tural Kərimli beynəlxalq investisiyaları cəlb edə bilmələri üçün İran startaplarını Azərbaycanda qeydiyyatdan keçməyə çağırıb.