Stasionar nəqletmə vasitələri ilə ixracın həcmi idxalı 30 dəfəyə yaxın üstələyir

2019.10.16 16:14 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Azərbaycandan stasionar nəqletmə vasitələri ilə 30 milyon 176 min 411 ton məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu nəqletmə vasitələri ilə idxal olunan məhsulun həcmi isə 1 milyon 19 min 576 ton təşkil edib.