Avtomobil və hava nəqliyyatı ilə həyata keçirilən idxal-ixrac əməliyyatları haqda məlumatlar açıqlanıb

2019.10.16 15:10 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan avtomobil nəqliyyatı ilə 991 min 834 ton yük ixrac olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi 1 milyon 683 min 453 ton təşkil edib.

Hesabat dövründə hava nəqliyyatı ilə isə 61 min 486 ton yük ixrac olunub. Verilən məlumata görə, bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə 10 min 525 ton təşkil edib.