Azərbaycan MDB ölkələrinə ötən illə müqayisədə daha çox məhsul ixrac edib

2019.10.16 15:04 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan MDB ölkələrinə 853 milyon 336 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 125 milyon 621 min dollar çoxdur.

Doqquz ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 426 milyon 870 min dollar olub.