Azərbaycan neft və qaz ixracını artırıb

2019.10.16 13:59 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 23,25 mln. tondan çox neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çoxdur. "APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 11,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz azalıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın təbii qaz ixracı da artıb. Belə ki, yanvar-sentyabr aylarında Azərbaycan 9,1 mlrd. kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73 faiz çoxdur. Hesabat dövründə ölkədən ixrac edilən qazın dəyəri 1,81 mlrd. ABŞ dollardan çox təşkil edib, bu, 76 faizlik artım deməkdir.