Yanvar-sentyabr aylarında ölkədən 376 min 533 ton kimya sənayesi məhsulları göndərilib. Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 76 milyon 621 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən ixrac olunan 172 min 17 ton kimya məhsulunun dəyəri 56 milyon 907 min dollar təşkil etmişdi.