Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 5,5 faiz artıb

2019.10.16 12:22 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 62.947,47 min ABŞ dolları dəyərində 1.455.380,80 min kVt-saat elektrik enerjisi ixrac edib. "APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz, həcmi isə 14 faiz artıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 820,968 mln. kVt-saat elektrik enerjisi idxal edib. Gürcüstan Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatına görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 233,048 mln. kVt-saat və ya 39,6 faiz artıb. Bu ilin sentyabr ayında isə Gürcüstan Azərbaycandan 63,330 mln. kVt-saat həcmində elektrik enerjisi idxal edib ki, bu da illik müqayisədə 13,5 dəfə çoxdur. Sentyabr ayı ərzində Gürcüstan ən çox elektrik enerjisini Rusiyadan idxal edib – 125,01 mln. kVt-saat.