Azərbaycanın xarici ticarət dövriyyəsində 4,488 milyard dollarlıq müsbət saldo yaranıb

2019.10.16 11:24 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9 faiz artaraq 25,244 mlrd. ABŞ dolları təşkil edib. "APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 14,866 mlrd. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 10,378 mlrd. dollar olub. Nəticədə 4,488 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin ilk doqquz ayında ixrac 2,5 faiz azalıb, idxal 31,3 faiz artıb, müsbət saldo isə 39 faiz azalıb.