Azərbaycanın dəniz yataqlarından indiyədək 1,090 milyon ton neft hasil edilib

2019.10.16 11:12 (UTC+04:00)

İndiyə qədər Azərbaycanda dənizdə yerləşən yataqlardan 1,090 mlrd. ton, quruda yerləşən yataqlardan isə 0,979 mlrd. ton neft hasil edilib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov Bakıda keçirilən SPE illik Xəzər Texniki konfransında bildirib. O qeyd edib ki, indiyə qədər dənizdəki yataqlardan təbii qaz hasilatının həcmi 713 mlrd. kubmetr, qurudakı yataqlardan isə 139 mlrd. kubmetr təşkil edib.

SOCAR-ın vitse-prezidenti indiyədək dənizdə 28 neft-qaz yatağının kəşf olunduğunu, onlardan 19 yatağın işlənmədə olduğunu, quruda isə 53 yatağın kəşf edildiyini və 40 yataqda hasilat aparıldığını əlavə edib.