Dünya Ticarət Təşkilatı ABŞ-ın "Airbus" təyyarələrinə əlavə vergi qoymaq qərarını qəbul edib

2019.10.15 18:45 (UTC+04:00)

Dünya Ticarət Təşkilatının (DTT) vasitəçilik missiyası ABŞ dövlətinin "Airbus" şirkətinə 7,5 milyard məbləğində əlavə gömrük vergisi tətbiq etməsini qəbul edib. Təşkilatın 164 üzvündən ibarət missiya Avropa İttifaqına və "Airbus" təyyarələri istehsal edən İngiltərə, Fransa, Almaniya və İspaniyaya qarşı əlavə gömrük vergisi tətbiq etməsinə rəsmi icazə verməsini qanundankənar təşviq yardımları ilə əlaqələndirib.

Dünyanın ən böyük təyyarə istehsalçısı olan iki şirkət – ABŞ-a məxsus "Boeing" ilə Avropa İttifaqına (Almaniya, İngiltərə, İspaniya və Hollandiya) məxsus "Airbus" bir-birini qanundankənar dövlət yardımı almaqda ittiham edir.

Hər iki şirkət DTT çərçivəsində bu sektorda ədalətsiz rəqabət iddiası ilə bir-birinə qarşı hüquqi proses başladıb. ABŞ Avropa dövlətlərinin "Airbus” firmasına tətbiq etdiyi təşviqlərin qanundankənar olduğunu, Avropa İttifaqı isə ABŞ-ın "Boeing"ə tətbiq etdiyi vergi imtiyazları ilə şirkətlə bağlanmış hərbi sazişlərin hüquqi olmadığını iddia edir. Bu arada ABŞ-ın ötən həftə Çinlə ticarət məsələlərinə dair "əsas razılıq" əldə etdiyi haqda məlumat yayılıb. Bununla belə ABŞ-ın maliyyə naziri Steven Mnuçin məlumat verib ki, iki ölkə arasında hələ üzərində iş gedən və razılaşdırılmalı olan bir çox sənədlər var.

ABŞ rəsmisi prezident Donald Trampın və onun Çindən olan həmkarı Si Tsinpinin gələn ay yekun sazişə imza atacaqlarını gözlədiklərini də qeyd edib.